Azərbaycanda qayınana gəlini vəhşicəsinə döyüb.
RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə paylaşım edib.
Hadisə aprelin 26-da Lənkəranın Yuxarı Nüvədi kəndində baş verib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, yayılan video görüntülər əsasında araşdırma aparılır.
Bildirilib ki, kənd sakini 75 yaşlı Qurbanova Girdənazın 31 yaşlı gəlinini döyməsilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsində məlum olub ki, qadın ruhi xəstədir. Dispanserdə qeydiyyatdadır. Bu barədə polisə məılumat verən gəlin qayınanasından şikayətçi olmayıb.