Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qanlı terror hadisəsindən 12 il ötür.
 
RePost.Az xəbər verir ki, 30 aprel, 2009-cu ildə səhər saatlarında bir nəfər silahlı şəxs ADNA-nın binasına daxil olaraq ətrafdakılara atəş açmağa başlayıb. Hadisə nəticəsində ölənlərin sayı 13, yaralıların sayı 10 olub. Yaralıların 3-ü xarici - ikisi Sudan, biri isə Suriya vətəndaşı olub. 
 
İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə, hadisəni törədən şəxs özü-özünü güllələyib.

Baxış sayı: 4492 | Tarix: 30.04.2021
Bizi Telegramda izləyin: @repostaz