DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı məlum olub.
 
RePost.Az Real TV-yə istinadən xəbər verir ki, A.Məmmədov başçı təyin edildikdən bir qədər sonra bu təsərrüfatı yaradıb. Sabiq başçı rayonda maral sevgisi ilə tanınıb.
 
Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir.
 
Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.


Baxış sayı: 6943 | Tarix: 30.04.2021
Bizi Telegramda izləyin: @repostaz