Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun mayın 13-də altı aylıq əmək müqaviləsinin müddəti başa çatır.
 
Bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.
 
Bu, o deməkdir ki, yaxın vaxtlarda general Rüstəm Muradovu başqa bir rusiyalı hərbçi əvəz edə bilər.
 
Məsələ burasındadır ki, müqaviləyə əsasən hərbi rəhbərlik Muradovu altı aydan sonra dəyişə bilər, lakin nəşrə danışan rusiyalı hərbi ekspert Vladimir Yevseyev rotasiyanın məcburi şərt olmadığını bildirib.

Baxış sayı: 4834 | Tarix: 05.05.2021
Bizi Telegramda izləyin: @repostaz