Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq intihar edib.
 
Bu barədə RePost.Az-a DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.
 
Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Baxış sayı: 4511 | Tarix: 08.05.2021
Bizi Telegramda izləyin: @repostaz