Siyəzəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zarat kənd sakini Ramil İlyasov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin yaxınlığında yerləşən və nəzarət etməsi üçün ona tapşırılan bağ sahəsinə keçirilən baxış zamanı, oradan R.İlyasov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək becərilmiş 120 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.
RePost.Az