Azərbaycan Banklar Assosiasiyası ilə "Yaşat Fondu"arasında birgə əməkdaşlıq haqqında müqavilə çərçivəsində hazırda ölkənin kommersiya bankları yaralı əsgərlərin, müharibədə iştirak edən vətəndaşların kredit borclarını, onların faizlərinin və digər borclarının silinməsi üzrə qarşılıqlı fəaliyyət həyata keçirilir və bu fəaliyyət bundan sonra da davam etdiriləcək.
 
RePost.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumu İctimai Nəzarət Mərkəzinin təşkilatçılığı ilə "Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri"mövzusunda keçirilən ictimai müzakirələrdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev deyib.
 
Onun sözlərinə görə, bu günədək 830 şəhid ailəsinin 1 503 kredit üzrə həm əsas borcu, həm də faizləri tam şəkildə bütün banklar tərəfindən silinib.
 
"Eyni zamanda, şəhidlərin ailə üzvlərinə aid olan, 286 sayda xəsarət alan hərbiçilər üzrə 1 323 sayda kreditin, şəhid olan 15 nəfər və ciddi zərər çəkən 9 mülki şəxsin borc öhdəlikləri banklar tərəfindən tam şəkildə silinib. Xüsusilə, bu dövrdə şəhidlərin və şəhid ailəsinin üzvlərinin banklarda olan bütün kredit borcları, o cümlədən ipoteka kreditləri üzrə borcları daxil bankların və sığorta şirkətlərinin hesabına tam ödənilib", - Z. Nuriyev qeyd edib.

Baxış sayı: 4872 | Tarix: 19.05.2021
Bizi Telegramda izləyin: @repostaz