Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb.

RePost.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 4112 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz