Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib, aktiv xəstə sayı 7773 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, ötən müddət ərzində isə ümumilikdə 3 435 192 test aparılıb.

Baxış sayı: 4359 | Tarix: 21.05.2021
Bizi Telegramda izləyin: @repostaz