“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur. Biz artıq qalibik”.
 
RePost.Az xəbər verir ki, bu sözləri “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.
 
Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi Andreas Haukeland - TIX yer alıb.
 
Xatırladaq ki, Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.
 
İtaliya müsabiqədə birinci yerə çıxıb. Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.
 
Ən çox – 524 xal toplayan İtaliya “Avroviziya-2021”in qalibi olub. İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal. İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.
 
Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.

Baxış sayı: 4796 | Tarix: 23.05.2021
Bizi Telegramda izləyin: @repostaz