Veteran futbolçu Səmədağa Şıxlarov dünyasını dəyişib.
 
RePost.Az xəbər verir ki, bu barədə "Report"a Oktay Abdullayev məlumat verib.
 
Xatırladaq ki, Səmədağa Şıxlarov Sovet və Azərbaycan futbolçusudur və məşqçi kimi də fəaliyyət göstərib.
 
O, Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb.

Baxış sayı: 4492 | Tarix: 01.06.2021
Bizi Telegramda izləyin: @repostaz