Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 334 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 040 nəfər müalicə olunaraq sağalıb, 4 921 nəfər vəfat edib, aktiv xəstə sayı 4 171 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 649, ötən müddət ərzində isə ümumilikdə 3 523 638 test aparılıb.
 
 

Baxış sayı: 4340 | Tarix: 01.06.2021
Bizi Telegramda izləyin: @repostaz