RePost.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən verdiyi açıqlamaya görə, ötən ay büdcədən 924,9 mln. manat vəsait xərclənib. Son nəticədə büdcənin icrasında 318,7 mln. manatlıq profisit yaranıb ki, bu da ümumi daxili məhsulun 6,1%-i qədərdir.