RePost.Az xəbər verir ki, Bakı istiqamətində hərkət edən "Hyundai AX35” markalı avtomobil aşıb. Hadisə şahidlərindən Elçin Bayraməliyevin BAKU.WS-ə verdiyi məlumata görə, avtomobil qəfildən idarəetməni itirərək yolun kənarındakı baryerə çırpılıb və aşıb. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Olay zamanı avtomobildə tək olan sürücünün xəsarət almadığı bildirilir.