Azərbaycan əhalisinin sayı açıqlanıb.
 
Bu barədə RePost.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 13 945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10 133 078 nəfərə çatıb.
 
Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
 

Baxış sayı: 3124 | Tarix: 14.06.2021
Bizi Telegramda izləyin: @repostaz