Bu ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 397 28 doğulan körpə qeydə alınıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
 
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib. Doğulanların 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.
 
Körpələrdən 974-ü əkiz, 27-si isə üçəm doğulanlardır.

Baxış sayı: 3580 | Tarix: 14.06.2021
Bizi Telegramda izləyin: @repostaz