İmzalanmış Şuşa Bəyannaməsinə əsasən Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazası yaradıla bilər və istisna deyil.
RePost.Az NTV-yə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında deyib.
“Bu (hərbi bazanın yaradılması-red) Bəyannamənin tələbindən kənar çıxmır. Bu məsələnin inkişafı mümkündür.
Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında aparılan məsləhətləşmələr zamanı inkişaf etdirilə bilər. Bu məsələ bizim danışıqlarımız zamanı hansısa formada reallaşa bilər”, deyə Ərdoğan Türkiyənin Azərbaycanda hərbi baza yaradılması ilə bağlı sualı cavablandırarkən deyib.