77-HP-119 dövlət nömrə nişanlı "Khazar" markalı avtomobilin sürücüsü polis postunda avtoxuliqnalıq edir.

Bu barədə jurnalist Zülfüqar Xeyirxəbər sosial şəbəkə hesablarında paylaşım edib.

Onun sözlərinə görə, dünən axşam saat 19:00 radələrində Bakı - Şmaxı yolunun Abşeron, Qaradağ rayonlarından keçən hissəsində 77-HP-119 dövlət nömrə nişanlı, "Khazar" markalı avtomobilinsürücüsü ziq-zaq hərəkətlər etməklə dəfələrlə qəza şəraiti yaradıb. Hətta o Muşfiqabad postunda da polisin göz önündə ziq-zaq hərəkətlkərlə manevr qaydalarını pozub. Postdan sonrakı piyada keçidində isə piyadaların hərəkəti üçün ciddi təhlükə yaradıb.  

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən RePost.Az-a bildirilib ki, sürücü müəyyən olunaraq idarəyə dəvət edilib, araşdırma aparılır. 

Əlavə məlumat veriləcək.


Baxış sayı: 312 | Tarix: 05.09.2025
Bizi Telegramda izləyin: @repostaz