Zərdab rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RePost.Az-ın məlumatına görə, hadisə Zərdab rayonunda qeydə alınıb.
Velosipedlə hərəkətdə olan 1976-ci il təvəllüdlü Bayramov Araz Bayram oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.