"Cons Hopkins Univeristeti pandemiyanın ilk 3 ayından sonra araşdırma aparmışdı. Araşdırmanın nəticəsi olaraq belə bir fikir irəli sürülmüşdü ki, pandemiyaya o vaxt son qoyulacaq ki, dünya əhalisinin 70 faizi xəstələnib sağalacaq və ya vaksinasiya olunacaq".
 
RePost.Az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
 
O həmçinin əlavə edib ki, dünyanın 70 faizi hər bir ölkə əhalisnin 70 faizi deməkdir. Azərbaycanda bizim 70 faizimizin sayı 7 milyondur. Azərbaycanda gündəlik 40 min insan vaksinasiya olunur və bu, çox böyük rəqəmdir. Bu qaydada davam edərsə, 2-3 ay sonra kütləvi tədbirlərə icazə vermək olar".


Baxış sayı: 5043 | Tarix: 21.06.2021
Bizi Telegramda izləyin: @repostaz