Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
 
RePost.Az apasport.az-a istinadən xəbər verir ki, Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş.
 
O, İraqa getdikdən sonra adını dəyişib və "Al Bara" adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.
 
Bildirilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, "Əbu Zeyd" ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Baxış sayı: 5138 | Tarix: 22.06.2021
Bizi Telegramda izləyin: @repostaz