Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının xidməti silahla özünü vuraraq intihar etməsi ilə bağlı araşdırmalar aparılır.
Bu barədə RePost.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Balakən Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə iyunun 21-i saat 19 radələrində Balakən rayonu ərazisində baş verib. RPŞ əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.