Ötən gün paytaxt Bakıya yağan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirmişdi. Bəzi maşınlar qarlı yolda hərəkət etməkdə çətinlik çəkərək yolda qalmışdı. Həmin maşınlar yoldakı sərnişinlər və yol polisi əməkdaşlarının köməkliyi ilə buzlu yoldan çıxaraq hərəkətə davam ediblər.  

RePost.Az baku.ws-ə istinadən bildirir ki, bu cür nümunələrdən birinin videosu yayılıb. Videodan görünür ki, yol polis əməkdaşı qarlı yolda hərəkət etməkdə çətinlik çəkən avtomobilin sürücüsünə yaxınlaşaraq ona kömək edir. O, təkbaşını maşını itələyərk onun nisbətən quru yola çıxarıb hərəkətini davam etməsinə şərait yaradır. 
 
Sözügedən videonu sizə təqdi edirik:


Baxış sayı: 2003 | Tarix: 18.02.2017
Bizi Telegramda izləyin: @repostaz