Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlının anası tapılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
 
O qeyd edib ki, Daxili İşlər Nazirliyinin 19-cu Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində qısa zamanda Ümidin anası tapılıb və hazırda profilaktik işlər davam etdirilir.
 
Qeyd edək ki, Kəmalə Ağazadənin sözlərinə görə, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar:
 
“O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.
 
O, vurğulayıb ki, Ü.Şərifov 5 il əvvəl də sığınacaqda olub. Anası bir neçə ay sonra tapılıb və gələrək uşağı aparıb.

Baxış sayı: 4530 | Tarix: 30.06.2021
Bizi Telegramda izləyin: @repostaz