Çexiya millisi futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb.
 
RePost.Az xəbər verir ki, yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
Yaroslav Şilqavının baş məşqçi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
 
Qeyd edək ki, Danimarka millisi də artıq Bakıdadır. Yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
Kasper Hülmandın baş məşqçi olduğu komanda "Hyatt" otelində qalacaq. Sabah yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
 
İyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Baxış sayı: 6639 | Tarix: 02.07.2021
Bizi Telegramda izləyin: @repostaz