Məşhur müğənni Sinan Akçıl yeni açıqlaması ilə gündəmə gəlib.
 
RePost.Az xəbər verir ki, “Haber global”a qonaq olan sənətçi, Şuşaya gələrək “Sən daima yaşa Azərbaycan” mahnısını ifa edəcəyindən danışıb:
“Yaxın zamanlarda Azərbaycanın Türkiyədəki konsulluğu ilə əlaqə saxladım. Bütün planlar həyata keçirilir. O mahnını orada səsləndirəcəm. Bu sadəcə söz olaraq qalmayacaq.
 
Azərbaycanda bizə böyük sevgi var. “Bakıya gedib 3 qat pul qazanaram” kimi düşünən həmkarlarım var. Lakin mən o torpağı çox sevirəm. Orada insanların mənə qarşı çox səmimi duyğuları var. Çox qonaqpərvər insanlardır.
 
Qeyd edək ki, Sinan Akçıl Vətən müharibəsi zamanı sosial şəbəkə hesabında dəfələrlə Azərbaycana dəstəyini nümayiş etdirib.

Baxış sayı: 4929 | Tarix: 10.07.2021
Bizi Telegramda izləyin: @repostaz