Quba rayonu, Çiçi inzibati ərazi dairəsinə aid kəndlərindən biri, eyni adlı Çiçi kəndinin yolları hazırda bərbad vəziyyətdədir.
RePost.Az xəbər verir ki, sözügedən kəndin ümümi əhalisi 3000 yaxındır. Kəndə həm Quba rayonu , həm də Şabran rayonu ərazisindən getmək mümkündür. Lakin kəndə çatmamış yolun 11 km məsafəsində, avtomobil yolu artıq o qədər pis vəziyyətdədir ki, kənd sakinləri sözün əsl mənasında rayon mərkəzindən təcrid olunublar.
Kənd sakinləri bildirir ki, artıq bu vəziyyət çox çətinliklər yaradır, belə ki, sakinlərin səhhətində anidən ağırlaşma olarsa, avtomobl olduğu halda belə ən yaxın tibb məntəqəsinə getmək üçün bir neçə saat tələb olunur. Həmçinin təcili tibbi yardım briqadalarının kəndə gəlməsi mümkünsüz hall alıb.
Sakinlərin bildirdiyinə görə ərzaq təlabatını ödəməkdən ötürü bəzən rayonun özünə getməli olurlar, bu da olduqca mürəkkəbdir, çünki kənddən rayona qədər hal-hazırda bir başa marşurut fəaliyyət göstərmir, taksi fəaliyyəti ilə məşqul olan sakinlər isə artıq bu yollar ilə gedib gəlməkdən imtina edirlər. Bir neçə dəfə rayon mərkəzinə gedib gəlmək kifayyət edir ki, sakinlərin avtomobilləri yararsız hala düşsün.
Qeyd edək ki, Çiçi kəndinin sakinlərinin toxuduqu “Çiçi xalçaları “, “Ağ gül xalçalar”, “Qollu-çiçi xalçaları”, “Pirəbədil xalçaları ” Azərbaycan tarixində və folklorunda olduqca vacib və mədəni mənəvi dəyər kəsb edir. Kəndə gedən yolların pis vəziyyətdə olması birbaşa olaraq bu qədim sənətin yox olmasına gətirib çıxarır, səbəb kimi isə xalçaçılıq ilə məşqul olan sakinlərin ip və digər alətlərin əldə edilməsi üçün rayona gedə bilməməklərini göstərmək olar.
Verilən məlumata görə sakinlərin çox saylı şikayyətləri əsasında Quba Rayonu icra başçısı Ziyəddin Əliyev kəndin yolları ilə tanış olub və yolların əsaslı təmirini məqsədə uyğun sayıb. Çiçi kəndinin yollarında işlər başlasa da, tamamlanmayıb. “Yola asfalt salınmadı , sadəcə köhnə asfalt qırıqları hesabına hamarlandı və çuxurlar dolduruldu. Daha yaxşı yol vəd olunsa da, vəziyyət daha da pisləşdi və sözün əsl mənasında, avtomobil yolu istifadə üçün tamamən yararsız hala gəldi.” Deyə sakinlər bildirib.
Bununla bağlı rayonun icra nümayəndəliyilə əlaqə saxladıq və verilən məlumat görə, “Sözü gedən yaşayış məntəqəsinin bərbad vəziyyətdə olan yolları plana salınıb və yaxın zamanda veriləcək sərəncam əsasında yolun bərpasına başlanılacaq”.
Hazırda işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərinə əsas maliyyənin yönləndirilməsilə, Çiçi kənd yaşayış məntəqəsindəki bərbad yolların bərpasının gecikməsini istiqamət verən icra nümayəndəliyi bizə yolların bərpasının plana salınmasına baxmayaraq nə zaman bərpa ediləcəyilə bağlı əsaslı tarix və ifadə bildirmədilər.