Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib, A.Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
 
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
 
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Baxış sayı: 4454 | Tarix: 13.07.2021
Bizi Telegramda izləyin: @repostaz