Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
 
Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Həmin yolları təqdim edirik:
 
Bakı–Sumqayıt şossesi – Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur;
 
Binəqədi şossesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;
 
Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;
 
Qara Qarayev prospekti – Koroğlu metro stansiyası istiqamətində;
 
Zabrat şossesi - Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra Heydər Əliyev prospekti istiqamətində;
 
Mikayıl Əliyev küçəsi–Heydər Əliyev prospekti–köməkçi yol istiqamətində;
 
Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol;
 
Həsən bəy Zərdabi prospekti - 20 Yanvar dairəsinə düşən hissəsi.

Baxış sayı: 5100 | Tarix: 14.07.2021
Bizi Telegramda izləyin: @repostaz