İyulun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin RePost.Az-a verdiyi məlumata görə, cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 32-37 dərəcə, Bakıda gecə 23-25 dərəcə, gündüz 34-36 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
 
Abşeron çimərliklərində cənub küləyi əsəcək.
 
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 35-39 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

Baxış sayı: 4891 | Tarix: 17.07.2021
Bizi Telegramda izləyin: @repostaz