Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.
 
RePost.Az-ın xəbərinə görə, Aİ Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyub.
 
O, buradan Bakının mənzərəsini də seyr edib.
 
O, səfəri barədə öz "Twitter" hesdabınb da paylaşım edib. 
 
"Bakıda Şəhidlər Xiyabanında mən Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.
 
Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz bir hissəsidir.
 
Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir", Aİ Şurası Prezidenti qeyd edib.
 
Sonra Şarl Mişel Şamaxıya səfər edib. O, Çamaxıda Cümə Məscidini ziyarət edib.
 
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb. Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
 

Baxış sayı: 5651 | Tarix: 18.07.2021
Bizi Telegramda izləyin: @repostaz