Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb.
 
İndiyədək ölkədə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 nəfər vəfat edib. 3 381 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 684, bu günə qədər isə ümumilikdə 3 975 081 test icra olunub.
 

Baxış sayı: 4359 | Tarix: 25.07.2021
Bizi Telegramda izləyin: @repostaz