Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ölən Ermənistan hərbçisi Sarkis Qriqoryanın intihar etdiyi məlum olub.
 
RePost.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.
 
Hadisə iyulun 26-da yerli vaxtla axşam saat 22-də baş verib. S.Qriqoryan döş qəfəsinin sol nahiyəsindən güllə yarası alıb. Nəticədə o, ölüb.
 
19 yaşlı hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.

Baxış sayı: 5537 | Tarix: 27.07.2021
Bizi Telegramda izləyin: @repostaz