Paytaxtda hostel adı ilə fəaliyyət göstərən massaj salonları, daha doğrusu, əxlaqsızlıq yuvaları aşkar olunub.
 
RePost.Az xəbər verir ki, BAKU.TV-nin apardığı araşdırma nəticəsində polislərin də göz yumduğu insan alveri məkanlarının üstü açılıb.
 
"Yarım saatı 50 manat”a xidmət göstərilən bu hostellərə təsadüfən yolunuz düşsə, hostel əvəzinə müştərilərə "gəl-gəl” deyən qadınları, narkomaniyanın, infeksiyaların, müxtəlif xəstəliklərin yayılması üçün münbit şəraitin şahidi ola bilərsiniz.
 
Elə özlərinin də dediyi kimi, "Hostel afişası sadəcə reklamdır”.

Baxış sayı: 4663 | Tarix: 13.08.2021
Bizi Telegramda izləyin: @repostaz