Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib.
"Qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir", - məlumadta qeyd olunub.