Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova qarşı irəli sürülən yeni ittihamlar məlum olub.
RePost.Az-ın xəbərinə görə, E.Həsənov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunur.
Belə ki, ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, daha əvvəl Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham irəli sürülmüşdü.