"Sentyabrın 1-dən ticarət mərkəzləri, ictimai iaşə obyektləri və mehmanxalara giriş yalnız COVID pasportu ilə olacaq".
 
RePost.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
 
O əlavə edib ki, eyni zamanda ali təhsil müəssisələrində tələbələr COVID-19 pasportu olmadan dərslərə buraxılmayacaq.

Baxış sayı: 4492 | Tarix: 20.08.2021
Bizi Telegramda izləyin: @repostaz