Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
 
Müdafiə Nazirliyindən RePost.Az-a bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.
 
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
 
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 

Baxış sayı: 6563 | Tarix: 27.08.2021
Bizi Telegramda izləyin: @repostaz