Bakı şəhəri 8 saylı şəhər poliklinikası koronavirusa qarşı vaksin vurdurmaq istəyən şəxslər saatlarla növbə gözləyir.

RePost.Az xəbər verir ki, bununla bağlı günlərdir sosial şəbəkələrdə məlumat və fotolar paylaşılır.

Vətəndaşlar bildirir ki, 8 saylı poliklinikanın qarşısında səhər saat 6-da növbədə duran 222-ci olan adam axşam 6-yadək gözləyir, amma növbəsi çatmır. Portaldan edilən randevu saatları heç bir halda nəzərə alınmır və polikilinika özünə görə siyahı tərtib edərək insanları saatlarca gözlədir. Bəzi vətəndaşlar bu gecikməyə səbəb olaraq həkim azlığını, bəzilər isə polikilinikaya girişi olan digər qapılardan növbəsiz bəzi şəxslərin vaksinasiyaya salındığını şikayət edirlər.

Qeyd edək ki, bu bu durum sözü gedən polikilinikada həftələrdir davam edir.

Bununla bağlı polikilinikayala əlaqə saxlamağa çalışsaqda zənglərimizə cavab verilmədi. 


Baxış sayı: 8767 | Tarix: 27.08.2021
Bizi Telegramda izləyin: @repostaz