Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib. 52 613 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, bu günə qədər isə ümumilikdə 4 442 244 test icra olunub.
 
 
 

Baxış sayı: 4568 | Tarix: 30.08.2021
Bizi Telegramda izləyin: @repostaz