“Azərbaycanda gənc ananın və övladının fiziki zorakılığa məruz qalaraq ölməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırma aparılır”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla əlaqə saxlanılıb:
“Yaxın saatlarda ətraflı məlumat veriləcək. Bir daha Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bildiririk ki, insanlara qarşı zorakılıq yolverilməzdir və bu halları qınayırıq”.
10:24
“Azərbaycanda gənc ana fiziki zorakılığa məruz qalıb”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Onun sözlərinə görə, avqustun 30-da Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb:
“Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus üç mərtəbəli şəxsi binanın başından yerə yıxılıb və Tahirə balamız yerindəcə dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Aytən Niftəliyevanın artıq vəfat etməsi barədə məlumat yayılıb.
RePost.Az