Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 10 noyabr üçtərəfli bəyanatından sonra işğaldan azad edilmiş ərazilərdə görülən işlərin siyahısını açıqlayıb.
 
RePost.Az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi özünün “Twitter” səhifəsində paylaşım edib.
 
O bildirib ki, 15 510 hektarlıq hissədən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib.
 
10 noyabr bəyanatından sonra 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə zamanı basdırdığı minalardan ölüb və ya yaralanıb.

Baxış sayı: 4511 | Tarix: 06.09.2021
Bizi Telegramda izləyin: @repostaz