Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2406 yeni yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 445 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5879 nəfər vəfat edib. 52 850 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11550, bu günə qədər isə ümumilikdə 4 563 070 test icra olunub.
 

Baxış sayı: 4929 | Tarix: 06.09.2021
Bizi Telegramda izləyin: @repostaz