C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.
 
RePost.Az xəbər verir ki, oktyabrın 8-də ekran əsərinin Türkiyədə premyerası olacaq.
 
Qeyd edək ki, filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur.
 
Sənədli filmin Azərbaycanda nümayişinin vaxtı isə hələlik dəqiqləşməyib.

Baxış sayı: 4739 | Tarix: 08.09.2021
Bizi Telegramda izləyin: @repostaz