Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
 
1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.
 
Faktla bağlı cinayət işi başlanılıb.

Baxış sayı: 5176 | Tarix: 10.09.2021
Bizi Telegramda izləyin: @repostaz