Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.
 
RePost.Az “oxu.az”a istinadən xəbər verir ki, vəziyyətində ağırlaşmalar olduğundan o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.
 
İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. Həkimlərin rəyinə əsasən, o, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.
 
Məlumatı onun vəkili təsdiq edib.
 
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev də Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub.
 
Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.

Baxış sayı: 3656 | Tarix: 14.09.2021
Bizi Telegramda izləyin: @repostaz