Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.
 
RePost.Az “unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.
 
Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur.

Baxış sayı: 2649 | Tarix: 16.09.2021
Bizi Telegramda izləyin: @repostaz