Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.
“Yeni Klinika”dan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır:
“Ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub”.
Qeyd edək ki, 10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, bu ayın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb.