Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.
RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə deyib.
O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir:
“Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur”.
A.Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edib. Hələlik təkliflər təsdiqlənməyib.