Goranboy rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
 
Bu barədə RePost.Az-a rayon prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, sentyabrın 22-i saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy Rayon Prokurorluğuna məlumat daxil olub.
 
Aparılan araşdırmalarla zərərçəkmişin qohumu, 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtomobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Ə.Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən F.Qasımov şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır.

Baxış sayı: 4834 | Tarix: 23.09.2021
Bizi Telegramda izləyin: @repostaz